Caspian Railroad Company LLC_31.12.2021 signed FS_az son-2 (1) Caspian Railroad Company MMC
Caspian Railroad Company MMC
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edilmiş
Konsolidasiya edilmiş maliyyə hesabatları və Müstəqil auditorun hesabatı
31 Dekabr 2021
Mündəricat
Müstəqil auditorun hesabatı
Konsolidasiya edilmiş maliyyə hesabatları
Maliyyə vəziyyəti haqqında konsolidasiya edilmiş hesabat……………………………….. | 1 |
Gəlir və ya zərər və digər məcmu gəlir haqqında konsolidasiya edilmiş hesabat…….... | 2 |
Kapitalda dəyişikliklər haqqında konsolidasiya edilmiş hesabat…………………………... | 3 |
Pul vəsaitlərinin hərəkəti haqqında konsolidasiya edilmiş hesabat...................................... | 4 |
Konsolidasiya edilmiş maliyyə hesabatları haqqında qeydlər
1 | Caspian Railroad Company MMC və onun fəaliyyəti……………………………….. | 5 |
2 | Qrupun fəaliyyət mühiti………………………………………………………………… | 5 |
3 | Əsas mühasibat uçotu siyasətləri ………………………………………………….... | 6 |
4 | Mühasibat uçotu siyasətlərinin tətbiqində əhəmiyyətli ehtimallar və mülahizələr....................................................................................................... | 13 |
5 | Yeni və ya yenidən işlənmiş standartların və onlara dair şərhlərin tətbiqi………………... | 14 |
6 | Yeni Mühasibat uçotu qaydaları………………………………………………………. | 15 |
7 | Əlaqəli tərəflərlə əməliyyatlar və qalıqlar ………………………………………….. | 18 |
8 | Əmlak və avadanlıqlar…………………………………………………………….... | 20 |
9 | Aktivdən və icarə öhdəliyindən istifadə hüququ……………………………… | 21 |
10 | Ticarət və digər debitor borcları……………………………………………………….. | 22 |
11 | İlkin ödənişlər…………………………………………………………………………… | 23 |
12 | Pul vəsaitləri və onların ekvivalentləri…………………………………………………. | 23 |
13 | Nizamnamə kapitalı | 24 |
14 | Banklardan alınan borclar | 24 |
15 | Səhmdarlardan alınan borclar | 25 |
16 | Maliyyələşdirmə fəaliyyəti ilə bağlı yaranan öhdəliklərin müəyyənləşdirilməsi | 26 |
17 | Aktivlərin silinməsi ilə bağlı öhdəliklər üçün ehtiyatlar | 27 |
18 | Ticarət və digər kreditor borcları | 27 |
19 | Müştərilərlə müqavilələrdən əldə olunan gəlir | 28 |
20 | Satış dəyəri | 28 |
21 | Ümumi və inzibati xərclər | 28 |
22 | Maliyyə xərcləri | 29 |
23 | Gəlir vergisi | 29 |
24 | Təəhüdlər və öhdəliklər | 31 |
25 | Maliyyə risklərinin idarə edilməsi | 31 |
26 | Kapitalın idarə olunması | 34 |
27 | Ədalətli dəyər haqqında açıqlamalar | 34 |
28 | Hesabat dövründən sonrakı hadisələr | 35 |
Müstəqil auditorun hesabatı
“Caspian Railroad Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin Səhmdarlarına və
Rəhbərliyinə:
Rəy
Fikrimizcə, konsolidasiya edilmiş maliyyə hesabatları 31 dekabr 2021-ci il tarixinə “Caspian Railroad Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Şirkət) və onun törəmə müəssisələrinin (“Qrup” ilə birlikdə) konsolidasiya edilmiş maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə konsolidasiya edilmiş maliyyə nəticələrini və konsolidasiya edilmiş pul vəsaitlərinin axınını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə təqdim edir.
Auditin predmeti
Qrupun konsolidasiya edilmiş maliyyə hesabatlarına aşağıdakılar daxildir:
31 dekabr 2021-ci il tarixli maliyyə vəziyyəti haqqında konsolidasiya edilmiş hesabat;
başa çatan il üzrə gəlir və ya zərər və digər hərtərəfli gəlir haqqında konsolidasiya edilmiş hesabat
başa çatan il üzrə kapitalda dəyişikliklər haqqında konsolidasiya edilmiş hesabat
başa çatan il üzrə maliyyə axını haqqında konsolidasiya edilmiş hesabat: və
mühüm mühasibat uçotu siyasətləri və digər izahedici məlumatları özündə əks etdirən konsolidasiya edilmiş maliyyə hesabatları haqqında qeydlər
Rəy üçün əsaslar
Biz hesabatımızı Beynəlxalq Mühasibat Uçotu Standartlarına (BMS) uyğun olaraq həyata keçirdik. Həmin standartlar üzrə öhdəliklərimiz daha sonra hesabatımızın konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi üzrə Auditorun öhdəlikləri bölməsində təsvir edilmişdir.
Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizə əsaslanmaq üçün kifayətdir və uyğundur.
Müstəqillik
Biz Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının (MBESŞ Məcəlləsi) dərc etdiyi Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinə (Beynəlxalq Müstəqillik Standartları daxil olmaqla) uyğun olaraq Qrupa tabe deyilik. Biz MBESŞ Məcəlləsinə uyğun olaraq digər etik öhdəliklərimizi yerinə yetirmişik.
Konsolidasiya edilmiş maliyyə hesabatları üzrə rəhbərliyin və idarəetmə üzrə məsul şəxslərin öhdəlikləri
Rəhbərlik konsolidasiya edilmiş maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasına və ədalətli şəkildə təqdim edilməsinə görə və saxtakarlıq və ya yanlışlıq nəticəsində əhəmiyyətli təhrifə məruz qalmayan konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanmasını təmin etmək üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sisteminin yaradılmasına görə məsuliyyət daşıyır.
PricewaterhouseCoopers Audit Azerbaijan MMC
The Landmark Office Plaza III, 12-ci mərtəbə, Nizami küçəsi 90A
AZ 1010, Bakı, Azərbaycan
Tel: +994 (12) 497 25 15, Fax: +994 (12) 497 74 11, www.pwc.com/az
Konsolidasiya edilmiş maliyyə hesabatlarını hazırlayarkən, rəhbərlik Qrupu ləğv etmək və ya onun fəaliyyətini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa uyğun alternativ olmadığı halda, rəhbərlik Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.
İdarəetmə üzrə məsul şəxslər Qrupun maliyyə hesabatları prosesinə nəzarət etmək üçün
məsuliyyət daşıyırlar.
Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi üzrə auditorun öhdəlikləri
Bizim məqsədimiz bütövlükdə Konsolidasiya edilmiş maliyyə hesabatlarında tam formada, saxtakarlıq və ya yanlışlıq nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair əsaslı əminliyə nail olmaq və rəyimiz də daxil olan auditor hesabatını hazırlamaqdır. Əsaslı əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlik də əhəmiyyətli təhriflərin mövcud olduğu hallarda, BMS-lara uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına dair zəmanət vermir. Təhriflər saxtakarlıq və ya yanlışlıqlar nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu şəkildə, istifadəçilərin bu şəkildə konsolidasiya edilmiş ilkin maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.
BMS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit zamanı peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:
Konsolidasiya edilmiş maliyyə hesabatlarına uyğun olaraq tərtib edilmiş ilkin maliyyə hesabatlarında saxtakarlıq və ya xətalar nəticəsində yaranan əhəmiyyətli təhrif risklərini müəyyən edirik və qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını tərtib edib həyata keçiririk və rəyimizi əsaslandırmaq üçün kifayət qədər və uyğun audit sübutlarını əldə edirik. Saxtakarlıq nəticəsində yaranan əhəmiyyətli təhrifi aşkarlamamaq riski yanlışlıqlar nəticəsində yaranadan daha yüksəkdir, çünki saxtakarlıq əlbir formada, dələduzluq, qəsdən edilmiş etinadsızlıqlar, təhrif olunmuş yanlış məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər;
Qrupun daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi ilə deyil, bu hallarda
audit prosedurlarını tərtib etmək üçün auditə aid daxili nəzarətlə bağlı məlumatlıyıq;
İstifadə edilmiş mühasibat uçotu siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən mühasibat uçotu qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqə uyğunluğunu qiymətləndiririk;
Mühasibat uçotunun davamlılıq prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında Qrupun fəaliyyətini davamlığının təmin edilməsi imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığında dair nəticə çıxarırıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcudluğunu nəzərə alaraq, auditor hesabatımızda ilkin maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik və
ya belə məlumatların açıqlanması kifayət etmədiyi halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızının hazırlandığı tarixədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Buna baxmayaraq, sonrakı hadisələr və ya şəraitlər Qrupun davamlı fəaliyyətinin dayandırılmasına səbəb ola bilər;
Açıqlamalar da daxil olmaq şərti ilə, konsolidasiya edilmiş maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu həmçinin konsolidasiya edilmiş maliyyə hesabatlarında əsas əməliyyatların və hadisələrin ədalətli şəkildə təqdim edilib- edilmədiyini qiymətləndiririk.
Konsolidasiya edilmiş maliyyə hesabatlarına dair Rəy bildirmək üçün Qrup daxilində müəssisələrin maliyyə məlumatları və ya biznes fəaliyyətləri ilə bağlı kifayət qədər müvafiq audit sübutları əldə edirik. Biz Qrupun auditinin istiqamətləndirilməsi, nəzarət edilməsi və icrası üçün məsuliyyət daşıyırıq.
Biz idarəetmə üzrə məsul şəxslərlə, digər məsələlərlə yanaşı, auditin planlaşdırılan həcmi və müddəti və əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı aşkar etdiyimiz daxili nəzarətdə hər hansı əhəmiyyətli çatışmazlıqlar barədə əlaqə saxlayırıq.
PricewaterhouseCoopers Audit Azerbaijan MMC
Bakı, Azərbaycan Respublikası 12 oktyabr 2022-ci il.